Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarının istehsal müəssisələrinə növbəti təlim səfəri baş tutub.
İlkin biznes təsəvvürünün və istehsal təcrübəsinin formalaşması məqsədilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kurs tələbələri Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yaradılmış lavanda təsərrüfatında olublar. Tələbələrə təsərrüfatın yaradılması və fəaliyyəti haqqında məlumat verilib, onlar lavanda biçini və təsərrüfata qulluq prosesi ilə tanış olublar.
Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. 2021-2023-cü illəri əhatə edən layihə hazırda Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçirilir. Layihə dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələri əhatə edir. Biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə müvafiq avadanlıqlarla təmin olunacaqlar.