Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində Ağdam rayonunda peşə təhsili alan sonuncu kurs tələbələri üçün biznes təlimlər keçirilib.
Ağdam Peşə məktəbində keçirilən və üç həftə davam edən təlimlərdə gənclər KOBİA-nın Yevlax KOB İnkişaf Mərkəzinin ekspertlərinın mentorluğu ilə biznesə başla, sahibkarlığın əsasları, satış, marketinq və s. kimi ilkin biznes biliklərinə yiyələniblər.
“Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır.
2021-2023-cü illəri əhatə edən və hazırda Cəlilabad və Ağdam rayonlarında həyata keçirilən layihəyə yaxın vaxtlarda Qəbələ rayonunda da start veriləcək. Layihə bitkiçilik və heyvandarlıq, turizm, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, dərzi, çilingər, aşpaz, şirniyyatçı və qaynaqçı kimi sahələri əhatə edir.
Layihə çərçivəsində gənclər üçün mentorluq dəstəyinin göstərilməsi, biznes müəssisələrinə təlim və təcrübə səfərlərinin təşkili, eləcə də təlimləri uğurla başa vuran gənclərin seçdikləri fəaliyyət sahələri üzrə müvafiq avadanlıqlarla təmin olunması nəzərdə tutulur.