Gəncədə 101 işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Gəncə şəhərində əmək yarmarkası keçirilib.

 

Məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 101 müəssisə tərəfindən 1460 vakant iş yerləri təqdim edilib. Vakansiya təqdim edən işəgötürənlər arasında həm dövlət müəssisələri, həm də özəl şirkətlər mövcuddur. İş yerləri iqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun olaraq istirahət əyləncə və incəsənət sahəsində fəaliyyət (turizm), kənd təsərrüfatı, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, emal, xidmət və istehsal sahələrini əhatə edib.

 

Yarmarkada eyni zamanda işsiz və işaxtaran şəxslərə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə məlumat verilib. Aktiv məşğulluq tədbirlərinə müraciətlərin qeydiyyatı aparılıb.