Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Estoniya Respublikasının İşsizlikdən Sığorta Fondu arasında imzalanan Fəaliyyət Planına əsasən iki qurumun əməkdaşlarının iştirakı ilə vörkşop keçirilib.
Vörkşopun əsas mövzusu karyeya məsləhəti xidmətlərinin, əmək yarmarkalarının təşkili olub. Görüşdə, həmçinin qurumların ümumi fəaliyyəti haqqında da təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin əsas prioritet istiqamətlərindən biri də əmək bazarı sahəsində inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələrinin yaradılması, informasiya mübadiləsinin aparılması, onların məşğulluq sahəsində uğurlu təcrübələrinin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi imkanlarının araşdırılmasıdır. Bu məqsədlə cari ilin aprel ayında Estoniya Respublikasının İşsizlikdən Sığorta Fondu ilə 2022-ci il üçün Fəaliyyət Planı imzalanıb.