Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 4 saylı Ərazi Məşğulluq Filialında əmək yarmarkası keçirilib.
Binəqədi, Nərimanov, Şuşa və Xankəndi rayon sakinləri üçüntəşkil olunan bu aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 8 müəssisə tərəfindən 112 vakant iş yeri təqdim edilib. Vakansiyalar üzrə müraciət edən şəxslər müraciətlərinə uyğun aidiyyatı üzrə yönləndirilib və seçdikləri vakansiyalar üzrə onların işlə təminatına başlanıb.
Yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərin özünüməşğulluq proqramına, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslərin isə peşə hazırlığına cəlb edilmələri üçün qeydiyyatı aparılıb.
Əmək yarmarkalarında müəssisələrdə olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur və Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumatlar verilir. Əsas məqsəd işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir.