Tələbələr üçün “Əmək bazarının müasir vəziyyəti və yeni hədəflər” mövzusunda təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı Dövlət Universitetində (BDU) “Əmək bazarının müasir vəziyyəti və yeni hədəflər” mövzusunda təlim keçirilib.

 

İlk olaraq tələbələrə məşğulluq sahəsində həyata keçirilən islahatlar barədə məlumat verilib. Daha sonra Agentliyin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov interaktiv təqdimatla çıxış edib.

 

E.Sadıqov çıxışında Azərbaycanın əmək bazarının xüsusiyyətlərini təhlil edib, məşğulluq sahəsində ortaya çıxan çağırışların, o cümlədən əmək qabiliyyətli əhalinin əmək bazarının tələblərinə uyğunlaşdırılması məsələsinin aktuallıq kəsb etdiyini bildirib.


Təlim mövzu ilə bağlı sualların cavablandırılması ilə yekunlaşıb.