Əlilliyi olan şəxslər üçün təşkil olunan “İş Klubu 23” layihəsinin iştirakçıları ilə ilk görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan “İş Klubu 23” layihəsinin iştirakçıları ilə ilk görüş baş tutub.

 

Bu dəfə layihə əlilliyi olan şəxslər üçün təşkil olunub və onların iş tapmaq imkanlarını genişləndirmək, peşəkar bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Layihə çərçivəsində iştirakçılara əmək bazarına inteqrasiya, iş axtarma strategiyaları və karyera inkişafı istiqamətində dəstək göstərilməsi nəzərdə tutulur.

 

Görüş zamanı iştirakçılara layihənin məqsədi və həyata keçiriləcək fəaliyyətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihə müddətində karyera planlaması, əmək bazarının tələbləri, iş məqsədlərinin təyini, müsahibəyə hazırlıq qaydaları və digər mövzularda təlimlər təşkil olunacaq. Eyni zamanda, iştirakçılar praktiki məşğələlər və mentor dəstəyi imkanlarından da yararlana biləcəklər. 

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz