Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Gənclər və İdman Nazirliyi Yasamal Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetində tələbələr üçün təlim təşkil edilib.
“Düzgün peşə seçimi uğurlu karyeranın təməlidir” mövzusunda baş tutan təlimdə Universietin 100-dən artıq tələbəsi iştirak edib. Onlara Agentliyin son dövrdə apardığı islahatlar, vətəndaşyönümlü layihələr, gənclərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində icra olunan proqramlar barədə ətraflı məlumat verilib, peşə hazırlığı kursları və özünüməşğulluq proqramının icrası prosedurları izah edilib.
Təlimdə, həmçinin peşə seçiminə təsir edən amillər və bunun gələcək karyerada rolu müzakirə edilib. Yekunda gənclərin sualları cavablandırılıb, gələcəkdə aktiv məşğulluq tədbirlərindən yararlanmaları məqsədilə müvafiq tövsiyələr verilib.