Əmək və məşğulluq sahəsində Dünya Bankı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Ölkəmizdə əmək və məşğulluq sahəsindəki geniş miqyaslı islahatlar prosesində beynəlxalq təcrübələrin, qabaqcıl dünya praktikalarının öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Dünya Bankı ilə bu istiqamətdə əməkdaşlığa xüsusi önəm verilir.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının Dünya Bankı nümayəndələri ilə videoformatda keçirilən görüşdə bildirilib.

 

Görüşdə  Dünya Bankından sosial müdafiə məsələləri üzrə baş mütəxəssislər Mirey Ovadiya və Mitçel Vayner, baş iqtisadçı Sirma Demir Şeker, təcrübə rəhbəri Ahmet Levent Yener və başqaları iştirak ediblər.

 

Ötən dövrdə əmək və məşğulluq sahəsində həyata keçirilmiş əməkdaşlıqdan bəhs olunub. Peşə hazırlığının və sosial cəhətdən həssas qrupların məşğulluq imkanlarının artırılması üçün aktiv məşğulluq tədbirlərinin təşkili, özünüməşğulluq proqramı sahəsində xarici təcrübələrin öyrənilməsi və təcrübə mübadilələrinin aparılması, əmək bazarının mövcud vəziyyətinin təhlili və proqnozlaşdırılması sisteminin qurulması, həmçinin digər sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

 

Eləcə də qeyri-formal məşğulluğun mövcud vəziyyətinin araşdırılması, peşə  hazırlığı və peşəyönümü sisteminin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətlərində də əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

 

alt text