Dövlət Məşğulluq Agentliyinin sədri Zərdabda vətəndaşları qəbul edib

Zərdabda Agentlik sədrinin vətəndaş qəbulu keçirilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin bu dəfə Masallı rayonunda vətəndaş qəbulu baş tutub.

 

Qəbulda Zərdab və Kürdəmir rayonlarından vətəndaşlar iştirak edib. Ümumilikdə 29 şəxsin qatıldığı qəbulda müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.

 

Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.