Dövlət Məşğulluq Agentliyinin rəhbər şəxsləri şəhid ailələri ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəhbər şəxsləri şəhid ailələri ilə görüşüb.

 

Agentliyin İdarə heyəti sədrinin müavinləri Cəmaləddin Quliyev, Nihad Muxtarlı, Rüfət Cavadov, Ülvi Abasquliyev və sədrin müşaviri Anar Həsənli şəhid Rəşad Həsənli, Tofiq Alverdiyev, İskəndər İskəndərov və Samir Əliyevin ailə üzvləri ilə görüşərək onların sosial vəziyyəti ilə maraqlanıb.

 

Qeyd edilib ki, şəhid Tofiq Alverdiyevin bacısı Əminə Abbasəliyeva “Tekstil məhsullarının istehsalı” zərfi üzrə, şəhid İskəndər İskəndərovun qardaşı Rəşad İsgəndərov “Avtomobil şinlərinin təmiri və bərpası” zərfi üzrə, şəhid Rəşad Həsənlinin anası Aytəkin Həsənova “Tekstil məhsullarının istehsalı” zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilib, şəhid Samir Əliyevin atası Əliheydər Məhərrəmov isə ictimai iş ilə təmin edilib.

 

Ailələrin sosial vəziyyətlərinin daim diqqətdə olduğu, onların sosial dəstəklə təminatı işlərinin bundan sonra da davam edəcəyi bildirilib.