Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Zaqatalada vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Zaqatalada vətəndaşları qəbul edib.

 

Qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından ümumilikdə 17 vətəndaş iştirak edib.

 

Müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.

 

Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

 

Qeyd edək ki, növbəti vətəndaş qəbulu 3 iyun 2022-ci il tarixdə Göyçayda baş tutacaq. Qəbulda Mingəçevir, Yevlax şəhəri, Göyçay, Ucar, Kürdəmir, Zərdab və Ağdaş rayonlarının sakinləri iştirak edə bilərlər.

 

Qəbula yazılmaq üçün adı qeyd edilmiş rayonların sakinləri 31 may saat 14:00-dək 0202741933 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub ünvanlaya bilərlər.