Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Gəncə şəhərində vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 6 may 2022-ci il tarixdə Gəncə şəhərində vətəndaşları qəbul edib.

 

Qəbulda Gəncə şəhəri, Samux və Göygöl rayonlarından ümumilikdə 20-ə yaxın vətəndaş iştirak edib.

 

Müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı olub.

 

Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

 

Qeyd edək ki, növbəti vətəndaş qəbulu 13 may tarixində Quba şəhərində keçiriləcək. Qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarının sakinləri iştirak edə bilər. Qəbula yazılmaq üçün sakinlər 11 may saat 14:00-dək 0233351183 telefon nömrəsinə zəng edə, dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.