Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin Sumqayıtda vətəndaş qəbulu olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu dəfə Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

 

Qəbulda Sumqayıt şəhəri, Abşeron və Xızı rayon rayonundan ümumilikdə 20-ə yaxın vətəndaş iştirak edib.

 

Müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı olub.

 

Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.