Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətlərinə dair videoçarx hazırlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ildən-ilə genişlənir.

 

2018-2022-ci illərdə də Agentlik 346 min şəxsi işlə təmin edib. Bu dövrdə 52 min şəxs özünüməşğulluq proqramına, 9 mindən çox şəxs peşə hazırlığına cəlb edilib.

 

İşsiz və işaxtaran şəxslərə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi, işsizlikdən sığorta ödənişinin təyin edilməsi və digər istiqamətlərdə də dəstək göstərilir.  

 

Təqdim etdiyimiz yeni videoçarxda Agentliyin fəaliyyət istiqamətləri, aktiv proqramları ilə  tanış ola bilərsiniz.

 

https://www.youtube.com/watch?v=P31rOp861g4