Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə paytaxtda və bölgələrdə “Açıq qapı” günü təşkil olunub

Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Bakı, Quba-Xaçmaz və Dağlıq Şirvan Regional Məşğulluq filialları tərəfindən “Açıq qapı” günü təşkil olunub.

 

"Saffron” Restoranlar Qrupu, “ArchiCO” MMC və “Basqal” İstirahət Kompleksi ilə birgə təşkil olunan tədbirlərdə işsiz və işaxtaran şəxslərə müəssisələrdə olan boş iş yerləri təqdim edilib, Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə məlumat verilib.

 

Tədbirdə işəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilib və namizədlər qəbul prosesinin ilkin mərhələsindən uğurla keçiblər. “Açıq qapı” gününə təqdim edilən vakansiyalar üzrə əməkhaqqı isə 350-1700 manat təşkil edib.  

 

Eyni zamanda tədbirdə vakansiyalara müraciət edən namizədlərə Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən “CV Yarat” platformasında (www.cvyarat.az) qeydiyyatdan keçməklə qısa müddətdə CV yaradılmasına da köməklik göstərilib.