Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Açıq qapı” günləri təşkil olunub.
"Saffron” Restoranlar Qrupu, “Macara Club Tourism, Hospitality and Management” MMC, “MKT İK” MMC, “AL Market” MMC və “Şabran” İstirahət Kompleksinin keçirdiyi “Açıq qapı” günlərində ümumilikdə 1200-ə yaxın işsiz və işaxtaran şəxs iştirak edib.
Tədbirlərdə işsiz və işaxtaran şəxslərə 6 müəssisə tərəfindən 800-ə yaxın vakansiya üzrə boş iş yerləri təqdim edilib, Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə məlumat verilib.
Tədbirlərdə işəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilib və namizədlər qəbul prosesinin ilkin mərhələsindən uğurla keçərək növbəti mərhələyə dəvət olunublar.
Eyni zamanda, tədbirdə vakansiyalara müraciət edən namizədlərə Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən “CV Yarat” platformasında (www.cvyarat.az) qeydiyyatdan keçməklə qısa müddətdə CV yaradılmasına da köməklik göstərilib.