Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində onlayn vətəndaş qəbulu olub. Qəbulda Bakı, Abşeron-Xızı və Gəncə-Daşkəsən Regional Məşğulluq filiallarına qəbul üçün müraciət edən vətəndaşlar iştirak edib.
Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vətəndaşların sosial vəziyyəti ilə maraqlanıb, müraciətlərini cavablandırıb.
Səsləndirilən müraciətlər əsasən işlə təminat və özünüməşğulluq proqramı ilə bağlı olub.
Vətəndaşlara qanunvericiliyin tələbləri barədə məlumat verilib və müraciətlərin həlli istiqamətində işlərə başlanılıb.