Dövlət Məşğulluq Agentliyi Türkiyədə müxtəlif sahələr üzrə vakansiyalar elan edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi çərçivəsində Türkiyə Respublikasında müxtəlif sahələr üzrə işə qəbul üçün müraciətlərin qəbuluna başlanıb.

 

Vakansiyalar xidmət, turizm, ictimai iaşə, əyləncə və idman sahələrini əhatə edir. İş imkanları üzrə aşağıdakı peşələrə uyğun namizədlərin müraciətləri qəbul olunur:

 

- Qeydiyyatçı;

- Qonaqlarla əlaqələr üzrə əməkdaş;

- Ofisiant;

- Hostes;

- Miksoloq;

- Barmen, barmen xanım və barista;

- 1-ci dərəcəli suşi ustası;

- 1–2-ci dərəcəli Asiya mətbəxi və Teppanyaki ustası;

- Aşpaz, şirniyyatçı və aşpaz köməkçisi;

- Uşaq klubu işçisi;

- Skripkaçı, pianoçu və saksofon ifaçısı;

- Tennis müəllimi;

- İdman müəllimi;

- Zumba və Pilates müəllimi.

 

İşə qəbul olunacaq şəxslər üçün işəgötürən tərəfindən gündə üç dəfə qidalanma, nəqliyyat xərcləri və yaşayış yeri təmin ediləcək.

 

Türkiyədə işləmək, beynəlxalq iş təcrübəsi qazanmaq və peşə bacarıqlarını inkişaf etdirmək istəyən uyğun namizədləri elan olunan vakansiyalar üzrə müraciət etməyə dəvət edirik. Müraciətlər onlayn qaydada qəbul olunur.

 

Müraciət linki: https://survey.sosial.gov.az/index.php/897221?lang=az