Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Portalı Avropa Sosial Şəbəkəsi (ASŞ) tərəfindən təşkil olunan “Avropa Sosial Xidmətlər Mükafatı (ESSA) 2026” müsabiqəsində “Sosial xidmətlərin təqdimatında innovasiya” kateqoriyası üzrə finalçı seçilib.
Agentliyin İdarə Heyəti sədrinin müavini Eşqin Bayramov və Beynəlxalq əlaqələr və layihələr departamentinin şöbə müdiri Aygün Mehrəliyeva müsabiqənin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimində iştirak ediblər.
Mükafatlandırma mərasimi çərçivəsində müxtəlif ölkələrdən dövlət qurumları və təşkilatların sosial xidmətlər sahəsində həyata keçirdikləri innovativ layihə və təşəbbüslər qiymətləndirilib.
Qeyd edək ki, Mərkəzi Karyera Portalı əmək bazarı, peşələr, tələb olunan bacarıqlar və karyera inkişafı ilə bağlı məlumatları vahid rəqəmsal platformada birləşdirir. Portal istifadəçilərə məzunların məşğulluq reytinqi, CV hazırlanması, karyera məsləhəti, peşə və karyera maraqlarının müəyyənləşdirilməsi, eləcə də müxtəlif peşələr və onların tələbləri barədə məlumat əldə etmək imkanları yaradır.