Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində ölkəmizdə səfərdə olan Pakistan Baş nazirinin Gənclər Proqramının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Eşqin Bayramov, Pakistan Baş nazirinin Gənclər Proqramının baş direktoru Seyid Şahbaz Hüseyn və hər iki tərəfdən nümayəndələr iştirak ediblər.
E.Bayramov qonaqlara Agentliyin fəaliyyəti, məşğulluq sahəsində rəqəmsallaşma, eləcə də aktiv məşğulluq tədbirləri barədə məlumat verib, peşə hazırlığı istiqamətində həyata keçirilən layihə və proqramları diqqətə çatdırıb.
Seyid Şahbaz Hüseyn də öz növbəsində Gənclər Proqramı çərçivəsində hədəf qruplarının bacarıqlarının inkişafı və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
O, “Rəqəmsal Gənclər Mərkəzi”, “Gənclərin Bacarıqlarının İnkişafı Proqramı”, eləcə də ikili diplom proqramları barədə məlumat verib, Pakistan işçi qüvvəsinin xarici əmək bazarlarına çıxışının təmin edilməsi məqsədilə atılan addımları diqqətə çatdırıb.
Daha sonra əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi imkanları müzakirə olunub.