Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bir sıra istiqamətlər üzrə yeni peşə hazırlığı kurslarına start verilib.
Lənkəran-Astara, Şəki-Zaqatala və Şirvan-Salyan Regional Məşğulluq filialı ilə Bakı və Göyçay Peşə Hazırlığı Mərkəzinin birgə təşkil etdiyi kurslar “Proqramla idarə olunan dəzgahların operatoru” və “Turanimator” peşələri üzrədir.
Peşə kurslarına ümumilikdə 50 işsiz şəxs cəlb edilib. Kurs zamanı müdavimlərə həm nəzəri, həm də praktiki biliklər tədris ediləcək.
Proqramı müvəffəqiyyətlə bitirən şəxslər kursun təşkilində əməkdaşlıq edilən “Gilan Holdinq”, “Azərsun Holdinq”, Salyan Qida Məhsullari İstehsalat Kommersiya Şirkəti və “Qəbələnd” MMC-də işlə təmin olunacaqlar.