Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “İrəliləyİş” layihəsi çərçivəsində işsiz gənclərə dəstək olmaq məqsədilə təcrübə proqramına start verir.
Təcrübə proqramında təhsilini son 3 ildə tamamlayan məzunlar və hazırda magistr pilləsində təhsil alan, analitik düşünmə bacarığına malik, operativ və məsuliyyətli gənclər iştirak edə bilərlər.
Proqrama qəbul mərhələli şəkildə aparılacaq. Namizədlər təcrübə keçmək istədikləri sahənin və ya regionun adını qeyd etməklə tecrube.dma@sosial.gov.az ünvanına CV-lərini göndərə bilərlər.
Namizədlər üçün tələblər:
Proqram sizə nələr qazandıracaq:
Təcrübə proqramı ödənişsiz əsaslarla nəzərdə tutulmuşdur.
Son müraciət tarixi: 15.09.2022
Müraciət edən şəxslər ilk olaraq test mərhələsinə, daha sonra isə müsahibəyə cəlb olunacaqlar. Hər iki mərhələni uğurla başa vuran gənclər daha sonra Agentlikdə 3 aylıq təcrübə proqramında iştirak edəcəklər.
Biliklərinizi təcrübədə kəşf edin.