Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filialının 15 əməkdaşı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) GmbH tərəfindən icra olunan “Cənubi Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi çərçivəsində təlimlərdə iştirak edib. Mingəçevir şəhərində keçirilən tədbirdə daxili təlimçilər olaraq fəaliyyət göstərəcək əməkdaşlar bir çox mövzularda biliklər əldə edib.
Proqramın davamı olaraq iştirakçılara karyera məsləhətçiliyi istiqamətində də təlimlər keçirilib. İştirakçıların növbəti mərhələdə karyera məsləhətçiliyi sahəsində həyata keçiriləcək aktiv təlimlərə cəlb olunaraq biliklərini daha da təkmilləşdirməsi və həmkarları ilə təlim formatında bölüşməsi planlaşdırılır.
Qeyd edək ki, bu təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında keçirilib.