Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin iki əməkdaşı Beynəlxalq Peşə Təhsili və Tədris Assosiasiyasına (International Vocational Education and Training Association – IVETA) üzv olub.
Məqsəd peşə hazırlığı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, araşdırılması, tədqiqatların aparılması, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması və genişləndirilməsidir.
Agentliyin Peşə hazırlığı departamentinin quruma üzv olan əməkdaşları Kənan Bağırov Beynəlxalq Assosiasiyanın “Peşə hazırlığı üzrə mentor (ekspert)” statusunu alıb, Nuridə Seyidova isə “mentee” xidməti üzrə təkmilləşdirmə proqramına başlayıb.
Qeyd edək ki, IVETA dünya miqyasında peşə təhsili və təlimi ilə maraqlanan və ya məşğul olan peşə təhsili işçilərinin, peşə bacarıqları üzrə təlim təşkilatlarının, biznes və sənaye firmalarının və digər qrupların beynəlxalq şəbəkəsidir. Təşkilatın 50-dən çox ölkədən üzvləri mövcuddur.