Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 112 işsiz şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslara cəlb edilib.
Kurslar Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində təşkil olunub.
Müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatı da həyata keçiriləcək.
Ümumilikdə hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə hazırlıq kursları təşkil olunur.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz