DOST mərkəzlərində məşğulluq xidmətləri yeni konsepsiya əsasında həyata keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan yeni konsepsiyanın “DOST” mərkəzlərində məşğulluq xidməti üzrə fəaliyyət göstərən sosial agentlər üçün təqdimatı olub.

 

Konsepsiya işsiz şəxslərin qəbulu və portfel üzrə təklif edilən iş prosesini əhatə edir. Konsepsiya çərçivəsində məşğulluq istiqaməti üzrə bir sıra xidmətlərin “DOST” mərkəzlərində karyera məsləhətçiləri tərəfindən göstərilməsi nəzərdə tutulub.

 

Dövlət Məşğulluq Agentliyinin İşsiz şəxslərlə iş departamentinin nümayəndələri “DOST” mərkəzlərində məşğulluq xidməti üzrə fəaliyyət göstərən sosial agentlərə yeni konsepsiyanın mahiyyəti, məqsədi və hədəfləri, mövcud və yeni konsepsiyanın müqayisəsi, məşğulluq imkanlarının qiymətləndirilməsinin metodologiyası, aktiv məşğulluq tədbirlərinin qiymətləndirilməsi barədə məlumat verilib.

 

Həmçinin Fərdi məşğulluq proqramının (FMP) tərtibində metodoloji yanaşma, karyera məsləhətçisinin fəaliyyətinin təşkili mərhələləri, avtomatlaşdırılmış mexanizmin tətbiqi prosesi, şəbəkə qovluqlarından istifadə qaydaları, yeni konsepsiyanın tətbiqinə dair statistik göstəricilər haqqında danışılıb, “DOST” mərkəzlərində məşğulluq istiqamətində xidmət prosesinin təsviri müzakirə olunub.