Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Agentliyin müxtəlif departament və şöbələrinin əməkdaşları üçün keçirilən növbəti təlim proqramı başa çatıb.
İştirakçılar “Regionlar üzrə daxili təlimçilərin yetişdirilməsi” proqramı üzrə keçirilən təlimlərdə qeyri-formal təhsil, təlimin təşkili və keçirilməsi, fasilitator bacarıqları, gender bərabərliyi və tolerantlıq mövzuları üzrə sessiyalarda iştirak ediblər.
Təlimi uğurla başa vuran iştirakçılara Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının sertifikatları təqdim edilib.