Dərzi və xalçaçılıq üzrə yeni peşə kursları başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi və "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə dərzi və xalçaçı peşəsi üzrə hazırlıq kurslarına start verilib. 

 

Ümumilikdə 38 müdavimin cəlb olunduğ kurslar Bakıda və Masallıda təşkil olunub.

 

3 ay davam edəcək kurs zamanı peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq.

 

Kurs müddətində müdavimlər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlar rəsmi dövlət sertifikatı təqdim edilməklə müvafiq sahədə işlə təmin olunacaqlar.