Dövlət Məşğulluq Agentliyinin sədri Daşkəsəndə vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin bu dəfə Daşkəsən rayonunda vətəndaş qəbulu baş tutub.

 

Qəbulda iştirak edən Daşkəsən rayon sakinlərinin müraciətləri əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.

 

Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib