Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəhbər şəxsləri Vətən müharibəsinin şəhidləri Telman Kəlbiyev və Ayxan Haqverdiyevin ailələrində olublar.
Görüş zamanı Agentliyin sədri Mustafa Abbasbəyli şəhid ailələrinə dəstək tədbirlərinin davam etdiyini vurğulayıb. O, bu tədbirlər çərçivəsində şəhid ailələrinin aktiv məşğulluq proqramlarına cəlb olunması işlərinin aparıldığını da qeyd edib.
Bildirilib ki, şəhid Telman Kəlbiyevin bacısı Elnarə Rzayeva sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı çərçivəsində ötən ay "Kale Solution" MMC-də iş ilə təmin edilib. Digər şəhid Ayxan Haqverdiyevin atası Akif Haqverdiyev isə istəyinə əsasən özünüməşğulluq proqramına cəlb olunub və proqram çərçivəsində verilmiş aktivlər hesabına heyvandarlıq zərfi üzrə kiçik ailə təsərrüfatını yaradıb.
Hər iki ailənin sosial vəziyyətlərinin bundan sonra da diqqətdə saxlanacağı qeyd edilib.