Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bir sıra istiqamətlər üzrə yeni peşə hazırlığı kurslarına start verilib.
Agentliyin Gəncə Peşə Hazırlığı Mərkəzində "Qeydiyyatçı (mehmanxanada)", "Proqramla idarə olunan dəzgahların operatoru", "Əməliyyatçı-mühasib", "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar", "Mühafizəçi", "Otel xadiməsi (təmizlik işləri)", "Kompüter operatoru" peşələri üzrə 53 işsiz şəxs peşə hazırlığı kurslarına cəlb olunub.
Bakı Peşə Hazırlığı Mərkəzində isə “Dərzi” və “Xalçaçı” peşəsi üzrə kurslara start verilib. Quba-Xaçmaz Regional Məşğulluq filialı ilə Bakı Peşə Hazırlığı Mərkəzinin birgə təşkil etdiyi “Dərzi” və “Xalçaçı” peşəsi üzrə hazırlıq kurslarına 31 işsiz şəxs cəlb edilib.
İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində, müdavimlərə nəzəri biliklərin tədris edilməsi ilə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçirilməsi üçün də şərait yaradılıb.
Təlimlərin sonunda imtahanları müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək. Tədris müddətində müdavimlərə minimum əməkhaqqı qədər aylıq təqaüdlər də ödəniləcək.