Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara və Qarabağ Regional Məşğulluq filialları tərəfindən Rayon İcra Hakimiyyətləri ilə birgə işəgötürənlərlə görüşlərin keçirilməsi davam edir.
Məqsəd sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası barədə işəgötürənləri məlumatlandırmaq və bu istiqamətdə onlarla birgə işin təşkilidir.
Görüşlərdə, bundan başqa Rayon İcra Hakimiyyətləri tərəfindən ərazi məşğulluq proqramlarının icrası çərçivəsində görülən işlər, Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlər məlumatlandırılıb, əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Sonda işəgötürənlərin təklifləri dinlənilib, sualları cavablandırılıb.