Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi və Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən yeni kurslara start verilib.
Hacıqabul rayonunda işsiz şəxslər üçün təşkil olunan “ofisiant” və “aşpaz” peşəsi üzrə kursa müsahibə mərhələsindən keçən 20 namizəd cəlb olunub.
Bundan başqa Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən "Al Market"-lə əməkdaşlıq çərçivəsində "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kursu da təşkil olunub. 10 nəfər müdavimin cəlb olunduğu kurs müddətində müdavimlərə nəzəri və praktiki biliklər tədris ediləcək.
Tədris müddətində iştirakçılara minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar işlə təmin olunacaqlar.