Daha 130 işsiz şəxs peşə hazırlığına cəlb edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi daha 130 işsiz şəxsi peşə hazırlığına cəlb edib. 

 

Agentliyin Gəncə Peşə Hazırlığı Mərkəzində təşkil edilən kurslarda müdavimlərə qeydiyyatçı, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, mexaniki yığma işləri üzrə çilingər, aşpaz, istilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər və s. peşələr tədris edilir.

 

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində başladılan kurslar aidiyyatı müəssisələrin bazasında təşkil edilib.

 

Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar işlə təmin olunacaqlar.

 

Tədris müddətində müdavimlərə minimum əməkhaqqı qədər aylıq təqaüdlər də ödənilir.