Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq-Şirvan Regional Məşğulluq filialının təşkilatçılığı ilə Şamaxı şəhərində dəyirmi masa keçirilib. Təbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Regional Məşğulluq filialının müdiri Aslan Rəhimov və rayonda fəaliyyət göstərən işəgötürənlər, müəssisə rəhbərləri iştirak edib.
Tahir Məmmədov rayonda görülən işlər, sahibkarların uğurlu fəaliyyəti üçün yaradılan şərait barədə ətraflı məlumat verib. Daha sonra Aslan Rəhimov Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən layihələr barədə danışıb, işsiz və işaxtaran şəxslərin məşğulluq proqramları ilə əhatə olunmasında işəgötürənlərlə əlaqələrin qurulmasının vacibliyini qeyd edib.
Görüşdə Agentliyin işəgötürənlərlə birgə həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə təqdimat edilib, onları maraqlandıran suallar cavablandırılıb. Gələcəkdə bu kimi görüşlərin davamlı keçiriləcəyi qərara alınıb və işəgötürənlər 19 may tarixində Şamaxı şəhərində keçirilməsi planlaşdırılan əmək yarmarkasında iştiraka dəvət edilib.