Bu il 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində də müvafiq dəstəklə təminatı işləri davam edir.

 

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramına bu ilin ötən dövründə 850 şəhid ailəsi və qazi cəlb olunub.

 

Proqram çərçivəsində mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.

 

Onlara əvvəlcə kiçik biznesin təşkili və idarə olunması üzrə təlimlər keçirilib. Təlimləri uğurla başa vurduqdan sonra seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlər verilib.