Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə həm işsiz şəxslərə, həm işəgötürənlərə dəstəyin göstərilməsi davam edir.
2022-ci ilin ötən dövründə proqram üzrə 1700-ə yaxın işsiz şəxsə iş yerlərinə göndəriş verilib. Bu dövrdə proqramda iştirak üçün müraciət edən 193 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.
Həmin işəgötürənlərin təqdim etdiyi vakansiyalar üzrə işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.
Ümumilikdə proqramın icra edildiyi 2 il ərzində 384 işəgötürənlə əməkdaşlığa başlanılıb, 3217 işsiz şəxsə iş yerlərinə göndəriş verilib.