Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib.
Bakı, Qazax-Tovuz, Lənkəran-Astara, Dağlıq Şirvan və Mərkəzi Aran Regional məşğulluq filiallarının Bakı şəhəri, Qazax, Lənkəran, Şamaxı və Kürdəmir rayonlarında keçirdikləri yarmarkalarda 104 müəssisə tərəfindən 645 vakansiya təqdim edilib.
Aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib və müraciət edən uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin, tədbirlərdə işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları barədə də məlumat verilib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz