Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib.
Qarabağ, Şirvan-Salyan, Mil-Muğan və Gəncə-Daşkəsən Regional Məşğulluq filialları tərəfindən Ağcabədi, Biləsuvar, İmişli və Göygöl rayonlarında keçirilən yarmarkalarda 67 işəgötürən iştirak edib və 865 vakansiya təqdim edilib.
Aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, müraciət edən uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları barədə də məlumat verilib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz