Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib.
Abşeron-Xızı və Mərkəzi Aran Regional Məşğulluq filialları tərəfindən Xırdalan və Ağdaşda təşkil edilən tədbirlərdə 35 işəgötürən tərəfindən 218 vakansiya təqdim edilib, işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə əlaqə qurmaq və boş iş yerləri ilə tanış olmaq imkanı yaradılıb.
Tədbirdə müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Qeyd edək ki, yarmarkalarda işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.