Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduBu xidmət işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratmaqla işə düzəlmələrinə köməklik məqsədilə keçirilən aktiv məşğulluq tədbiridir. İşaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə təşkil edilir.
Yarmarkanın təşkil edilməsi üçün Filial tərəfindən mövcud olan vakansiyalar əsasında işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir.
Yarmarkalarda iştirak etmək üçün müraciət edən işaxtaran və işsiz şəxslərə yarmarkanın yeri, tarixi və vaxtı, yarmarkaya təqdim olunacaq vakansiyaların sayı, peşə və ixtisaslar barədə məlumat verilir. Eyni zamanda qeyd olunan məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifələrində dərc edilir və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək münasibətləri və Məşğulluq” altsistemində işaxtaran və işsiz kimi qeydiyyatda olan şəxslərin elektron kabinetində yerləşdirilir.
- İşsiz və işaxtaran vətəndaşlar;
- İşəgötürənlər.