Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Malayziyanın Kuala Lumpur şəhərində keçirilən “Asiya Sakit Okeanı Regional Konfransı 2024”-də iştirak edib.
Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası (WAPES) və Malayziyanın Sosial Müdafiə Təşkilatının (PERKESO) birgə təşkilatçılığı ilə keçirilən konfransın panel sessiyalarında Agentliyin nümayəndələri moderator və spiker qismində təmsil olunublar.
Çıxışlarda Agentliyin fəaliyyəti ilə bağlı məlumat verilib, qurum tərəfindən məşğulluq tədbirlərinin rəqəmsallaşması istiqamətində görülən işlər və rəqəmsal savadlılığın artırılması məqsədilə həyata keçirilən layihələr haqqında təqdimat edilib.
Həmçinin səfər zamanı Malayziyanın Sosial Müdafiə Təşkilatı ilə əməkdaşlıq istiqamətləri müzakirə edilib və qarşılıqlı razılıq əldə olunub.