Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri Toğrul Ələkbərov Rusiyanın Karyera Menecment Məktəbinin təşkil etdiyi “Beynəlxalq Karyera Forumu 2022”də spiker qismində iştirak edib.
Onlayn formatda keçirilən Forum 2 gün davam edib və tədbirdə 7 ölkədən 27 spiker iştirak edib. “Azərbaycanda karyera bələdçiliyi prosesinin cari vəziyyəti” mövzusu ilə çıxış edən T.Ələkbərov Mərkəzi Karyera filialının karyera planlaması istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edib ki, filial tərəfindən Alo karyera, Tələbə İnkişaf Platforması, (Tip və TipX) Peşələr Festivalı kimi iri layihələr həyata keçirilir.
Forumda, həmçinin gələcək planlardan danışılıb, fikir mübadiləsi aparılıb.