Belarusiya ilə özünüməşğulluq proqramı istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Belarusiya Respublikasının Dövlət Heyvandarlıq Birliyinin nümayəndə heyəti ilə görüş olub.

 

Özünüməşğulluq proqramı çərçivəsində kənd təsərüfatı istiqaməti üzrə əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Rüfət Cavadov proqramın icrası ilə bağlı məlumat verib, daha çox işsiz və işaxtaran şəxslərin layihədən faydalanması üçün yerli və beynəlxalq tərəfdaşlarla icra olunan əməkdaşlıqlardan danışıb. 

 

Belarusiya Respublikasının Dövlət Heyvandarlıq Birliyinin nümayəndə heyəti də Birliyin fəaliyyəti ilə bağlı məlumat verib. Bildirilib ki, əsas məqsəd heyvandarlıq sahəsi üzrə seleksiya-damazlıq işlərinin saxlanılması və inkişafı, yüksək məhsuldar cinslərin yaradılmasıdır.

 

Görüşdə həmçinin seleksiya-damazlıq işlərinin aparılması və heyvanların çoxalmasının idarə edilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.