Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramına dəstək məqsədilə banklar tərəfindən artıq 913 nəfər proqram iştirakçısı üçün biznes yaradılıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Özünüməşğulluğa Dəstək Layihəsi”nə 22 bank qoşulub. Layihə üzrə banklar tərəfindən 1000 nəfər proqram iştirakçısının aktivlərlə təmin edilməsi nəzərdə tutulub.
İştirakçılara kiçik ailə bizneslərini yaratmaları üçün biznes planlarına uyğun mal və materiallar təqdim edilir. Onlardan əksər hissəsi şəhid ailəsi üzvləri, qazilər, əlilliyi olan şəxslər və digər həssas qruplardan olanlardır.