Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə Bakı şəhəri, eləcə də Tovuz və Şamaxı rayonlarında əmək yarmarkaları keçirilib.
Yarmarkalarda dövlət və özəl sektoru təmsil edən 49 işəgötürən 260 vakansiya təqdim edib. Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı Bakıda, Göyçay Peşə Hazırlığı Mərkəzi isə Şamaxıda keçirilmiş yarmarkada öz stendləri ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə təşkil olunan peşə kursları və bu kurslara müraciət qaydaları barədə məlumat verilib, həmçinin karyera