Bakı Regional Məşğulluq filialı üzrə onlayn vətəndaş qəbulu olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı üzrə onlayn vətəndaş qəbulu olub. Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vətəndaşları qəbul edərək müraciətlərini cavablandırıb.

 

Səsləndirilən müraciətlər əsasən işlə təminat və özünüməşğulluq proqramı ilə bağlı olub.

 

Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, qanunvericiliyin tələbləri barədə məlumat verilib. Əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.