Avqust ayı ərzində Bakı Peşə Hazırlığı Mərkəzində 205 işsiz şəxs peşə hazırlığına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində cari ilin avqust ayı ərzində 205 işsiz şəxs peşə hazırlığı kursuna cəlb olunub.

 

Kurslar “Təchizat üzrə agent”, “Dərzi”, “Xalçaçı”, “Ofisiant”, “Turizm agenti”, “Əməliyyatçı-mühasib”, “Meyvə-tərəvəz ustası”, “Tikiş avadanlıqlarının operatoru”, “Tikişçi”, “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı nəzarətçi xəzinədar”, “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” və “Əl elektrik qaynaqçısı” sahələrini əhatə edib.

 

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradılıb. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunların işlə təmin olunmasına dəstək göstərilir.

 

Qeyd edək ki, tədris müddətində müdavimlərə minimum aylıq əməkhaqqı miqdarında təqaüd də ödənilir.