Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı Mərkəzlərinin əməkdaşları üçün növbəti təlim təşkil olunub.
Bakı, Göyçay və Gəncə Peşə Hazırlığı Mərkəzlərinin mütəxəssislərinin iştirak etdiyi təlimin əsas məqsədi peşə hazırlığı sahəsində görülən işlər və aparılan islahatlarla bağlı maarifləndirmə işinin həyata keçirilməsidir.
Təlimdə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin genişləndirilməsi istiqamətində peşə hazırlığı fəaliyyətinin əhəmiyyəti, bu sahədə həyata keçirilən islahatlar, işəgötürənlərlə əməkdaşlığın qurulması və gücləndirilməsi, peşə hazırlığına cəlb olunan müəllim-pedaqoji heyətin qiymətləndirilməsi meyarları, tədris proqramları və işçi tədris planlarının tərtib olunması, Peşə Hazırlığı Mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müvafiq işlərin həyata keçirilməsi və s. mövzular haqqında ətraflı məlumat verilib, təqdimatlar edilib və fikir mübadiləsi aparılıb.
İnteraktiv formatda təşkil olunan təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.